Gömrüyün sədri müşavirə keçirdi
Bu gün Dövlət Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə Komitə sədrinin müavinləri, baş idarə və idarə rəisləri iştirak edib.
Müşavirədə Prezident İlham Əliyev tərəfindən gömrük orqanlarının qarşısında qoyulan tapşırıqlar-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük-keçid məntəqələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulması və digər məsələlər müzakirə olunub.
Səfər Mehdiyev 2019-cu ildə gömrük işinin müasir standartlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac, tranzit və logistika imkanlarının artırılması sahəsində gömrük orqanları tərəfindən görülən işlərdən, fiskal sahədə və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə atılan addımlardan bəhs edib və bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin effektivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Səfər Mehdiyev 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.
O da vurğulanıb ki, cari ildə yeni gömrük postlarının tikilib istifadəyə verilməsi və mövcud gömrük postlarının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur ki, bu da xidmət səviyyəsinin yüksəldilməsinə münbit şərait yaradacaq. Komitə sədri son vaxtlar Çin Xalq Respublikasında yayılan və dünyanın bir neçə ölkəsində müşahidə olunan koronovirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib və bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib.
Eyni zamanda, müşavirədə aidiyyəti qurumların rəhbərləri müzakirə olunan məsələlər ətrafında təklif və rəylərini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
6 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
8 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
8 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
9 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir























