Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib - TƏYİNAT
24 fevral 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
ABA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, iclas zamanı müzakirə edilən məsələlər sırasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni sədrinin təyin edilməsi, “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və ABA-nın cari fəaliyyəti olub.
İclasda “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri olaraq Tamerlan Rüstəmov təyin edilib.
Cari ilin yanvar ayından etibarən “Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayan Tamerlan Rüstəmov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlamışdır.
Bu müddət ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni qanun layihəsinin hazırlanması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi və innovativ ödəniş alətlərinin tətbiqi, bu sahədə tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılaraq həyata keçirilməsi, habelə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirlərin reallaşdırılmasında yaxından iştirak etmişdir.
İclasda həmçinin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevin bank və əlaqəli sektorlar üzrə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi layihəsinin təklifi ilə bağlı fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
5 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
5 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
9 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
11 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























