Bu gün neft ilə bağlı həlledici qərar gözlənilir
Dünən Neft İxrac edən Ölkələr Birliyi (OPEC) üzvlərinə və OPEC-ə üzv olmayan tərəfdaşlarına cəmi neft istehsallarını əlavə gündəlik 1,5 milyon barel azaltmalarını tövsiyə edib.
Bu gün Avstriyanın paytaxtı Viyanada Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və OPEC-ə üz olmayan ölkələrin 8-ci nazirlər yığıncağı keçiriləcək
Marja xəbər verir ki, dünən OPEC-in 178-ci yığıncağı keçirilib.
Yığıncağın ardından paylaşılan yazılı açıqlamada, "30 İyun 2020-ci ilə qədər gündəlik neft istehsalının əlavə 1,5 milyon barel azaldılması tövsiyə edilmişdir. Söz mövzusu gündəlik azaltmanın OPEC üçün 1 milyon, OPEC-ə üzv olmayan ölkələr üçün isə 500 min barel olaraq tətbiq olunması, mövcud azaltmanın da (1,7 milyon barel) il sonuna qədər uzadılması təklif edilir",- deyilir.
Əgər təklif qəbul edilsə OPEC və OPEC-ə üz olmayan ölkələrin cəmi hasilat azaltmaları 3,2 milyon barelə yüksələcək.
Çində ortaya çıxan yeni növ koronavirusun (Kovid-19) 2020-ci ilin ilk və ikinci rübündə qlobal iqtisadiyyata və neft tələbinə mənfi təsir edə biləcəyi qeyd edilən açıqlamada, bu il qlobal neft tələbindəki artım proqnozunun gündəlik 1,1 milyon bareldən 480 min barelə salındığı qeyd edilib.
Kovid-19-un neft bazarlarına təsirinin izlənilməyə davam ediləcəyi bildirilən açıqlamada, Ekvadorun 1 Yanvar 2020-ci ildən etibarən OPEC üzvlüyündən çıxdığı məlumatı da verilib.
Qeyd edək ki, neft bazarının təklifə reaksiyası mənfi olub. brent neftinin qiyməti yenidən 50 dollardan aşağı düşüərək 49,40 dollara geriləyib.
AZƏRBAYCANIN NAZİRİ DƏ İŞTİRAK EDƏCƏK
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib. Nazir martın 6-da keçiriləcək OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin 8-ci görüşündə iştirak edəcək.
Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib (azaltma gündəlik 1,2 milyon bareldən 1,7 milyon barelə qaldırılıb). Bu Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
4 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 12 d. əvvəl
-
36 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























