Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını 10 milyon barel azaldacaqlarını gözlədiyini söyləyib.ABŞ Prezidenti Donald Tramp, Cümə axşamı günü Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib.
Marja xəbər verir ki, Tramp, sosial media platforması Twitter yolu ilə etdiyi açıqlamasında, söz mövzusu hasilat azaldılması miqdarının gündəlik olub olmadığını qeyd etməyib. Tramp, Şahzadə Məhəmmədin Rusiya Prezidenti Putin ilə qiymət müharibəsi mövzusunu danışdığını bildirib.
Tramp, sonrakı "twee"tində istehsalın azaldılmasının "15 milyon barelə qədər qalxa biləcəyini" ifadə edib.
Tramp, "Hər kəs üçün şad xəbər" yazıb.
Rusiya Prezidenti Putinin spikeri Dmitry Peskov, Rusiya Prezidentinin vəliəhd şahzadə ilə danışmadığını söyləyib.
Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb.
Xam neft qiymətləri Trampın açıqlamasından və təcili yığıncaq çağırışından sonra 35%-ə qədər yüksəlib.
Əgər Trampın bəhs etdiyi 10 milyon barellik azaltma günlük əsasda ediləcəksə, bu, Moskva və Riyadın istehsallarını təxminən 45% azaltmaları mənasını verir. Daha əvvəl görülməmiş olan bu miqdar bazarlarda şübhə ilə qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)






