Azərbaycanın ən çox mal aldığı 3 ölkə
2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 77 ölkəyə məhsul ixrac olunmuş, 132 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3 milyard 287,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 315,7 milyon dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil etmiş, nəticədə 1 milyard 343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz, o cümlədən ixrac 13,5 faiz, idxal isə 11,8 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 42,9 faizi Avropa İttifaqı ölkələri, 11,2 faizi MDB üzvü dövlətləri, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 25,6 faizi İtaliyaya, 7,5 faizi Çinə, 6,8 faizi İsrailə, 6,6 faizi Tayvana (Çinin əyaləti), 6,0 faizi Portuqaliyaya, 5,6 faizi Türkiyəyə, 4,7 faizi Almaniyaya, 4,5 faizi Fransaya, 4,4 faizi İspaniyaya, 4,3 faizi Çexiyaya, qalan 24,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 19,1 faizi Rusiyanın, 15,1 faizi Türkiyənin, 10,9 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi ABŞ-ın, hər biri 4,0 faiz olmaqla İtaliya və Birləşmiş Krallığın, 3,8 faizi Ukraynanın, 3,1 faizi İranın, 2,5 faizi Türkmənistanın, 2,4 faizi Braziliyanın, 25,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur.
2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,6 faiz, təzə tərəvəz – 2,1 dəfə, meyvə və tərəvəz şirələri – 66,1 faiz, meyvə və tərəvəz konservləri – 3,4 faiz, polietilen – 6,7 faiz, pambıq lifi – 7,0 dəfə, bentonit gili – 3,0 dəfə artmış, şəkər ixracı isə 60,2 faiz, bitki yağları – 15,1 faiz, çay – 12,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 38,8 faiz, kartof – 69,6 faiz, emal olunmamış alüminium – 22,4 faiz, qara metallardan borular – 15,3 faiz, pambıq ipliyi – 25,3 faiz, qara metallardan yarımfabrikatlar – 88,6 faiz azalmışdır.
2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 2017-ci ilin yanvar-fevral aylarında xam şəkər və şəkər idxalı 2,8 dəfə, buğda – 52,6 faiz, təzə meyvə – 25,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 42,2 faiz, çay – 11,3 faiz, mal əti – 44,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,5 dəfə, minik avtomobilləri – 15,6 faiz, polad prokatı – 36,3 faiz, mebel – 45,3 faiz, rezin şinlər – 78,3 faiz, hesablama maşınları, blok və qurğuları – 4,6 dəfə, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər – 26,8 faiz, paltaryuyan maşınlar – 55,8 faiz, yük avtomobilləri – 2,1 dəfə, məişət kondisionerləri – 2,2 dəfə artmış, bitki yağlarının idxalı isə 54,3 faiz, kartof – 31,8 faiz, təzə tərəvəz – 8,4 faiz, qara metallardan borular – 67,2 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, polietilen – 27,5 faiz, sement və sement klinkerləri – 83,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 12 san. əvvəl
-
-
40 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
45 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb





















