"Ən pis hələ geridə qalmayıb"
Beynəlxalq Enerji Agentliy (IEA) neftə olan tələbdə bu il rekord azalma gözləyir.
Marja xəbər verir ki, IEA, neft tələbinin bu il gündəlik 9 milyon barel azalacağını və bunun nəticəsində 10 ildir davam edən istehlak artımının ortadan qalxacağını açıqlayıb.
Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri gələn ayın əvvəlindən etibarən istehsalı azaltmağa öhdəlik götürsələr də, ancaq hələ də bazara sel kimi neft verməyə davam edirlər.
Neft anbarları hər yerdə artır (çənlər dolur).
Neft qiymətləri bu il, ölkələrin karantin tədbirlərinin müddətlərini uzatmaları, bütün dünyada ölənlərin artması ilə düşüb. Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadiyyatın bu il 3% azalacağnı nəzərdə tutur və bu vəziyyət zəif enerji tələbinin daha bir müddət davam edəcəyinə işarə edir. IEA isə ən pisin hələ geridə qalmamış ola biləcəyi xəbərdarlığını edib.
IEA-nın İcra Direktoru Fateh Birol, "Neft qiymətlərində önümüzdəki günlərdə və həftələrdə aşağı basqının artdığını görə bilərik" deyib.
İEA-nın açıqlamasından sonra Brent neftinin qiyməti 28 dollar, ABŞ xam neftinin qiyməti isə 19 dollar səviyyələrinə düşüb.
Beynəlxalq Enerji Agentliyinin hesabatında, OPEC+un razılaşdığı neft azaltmasına baxmayaraq təklif artıqlığının anbarların tam dolmasına səbəb olacağı qeyd edilib.
Agentliyin hesabatında "OPEC+un səylərinə qarşı qlobal ehtiyatlar ilin ilk yarısında gündəlik 12 milyon barel artacaq. Təklif artıqlığı gələcək həftələrdə neft sektorunda - gəmilər, boru xəttləri və yığma tankları olmaq üzrə - tədarükü pozma riski daşıyır",- deyilir..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 28 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
-
48 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
Ən çox oxunanlar
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























