ABŞ-ın xam neft ehtiyatlarında sürətli artım
ABŞ-ın satış üçün yığılan xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə kəskin bir şəkildə - 19,2 milyon barel artıb.ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki anbarlarda kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 19,2 milyon barel (4%) artımla 503,6 milyon barelə yüksəldiyini açıqlayıb. Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 11,7 milyon barel artacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 15,2 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 635 milyon barel səviyyəsində qalıb.
Söz mövzusu dövrdə, ABŞ-ın benzin ehtiyatları 4,9 milyon barel (1,9%) artaraq 262,2 milyon barelə yüksəlib. Bazar proqnozu benzin ehtiyatlarının 6,4 milyon barel artacağı istiqamətində idi. Ölkənin benzin ehtiyatları bir əvvəlki həftə 10,5 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik ortalama 194 min barel azalma ilə 5,68 milyon barelə geriləyib, neft ixracı isə gündəlik ortalama 603 min barel artımla 3,43 milyon barelə qalxıb.
NEFT İSTEHSALI AZALIB
Söz mövzusu dövrdə ABŞ-ın xam neft istehsalı isə gündəlik ortalama 104 min barel azalıb. Beləcə, ölkənin gündəlik xam neft istehsalı 4-10 Aprel həftəsində təxminən 12,3 milyon barel səviyyəsində reallaşıb.
ABŞ-ın gündəlik orta xam neft istehsalı 22-28 Fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.
EIA-nın "Aprel 2020" hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 11,8 milyon barel olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 41 d. əvvəl
-
57 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























