Neftin qiyməti niyə kəskin düşdü?
“Bu ilin sonuna kimi neft qiymətlərinin çox kəskin ucuz səviyyələrdə qalması ehtimalı yüksəkdir”.
Bu barədə məlumatı iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşıb.
Ekspert bildirib ki, neftin qiymətinin kəskin enməsi bu gün iki səbəblə bağlıdır: “Birincisi, bu gün Amerikanın yüngül markalı WTI neftinin may ayının fyuçerslərinin satışının son günüdür. Ona görə də fyuçersləri əlində olan trederlər tezliklə may fyuçerslərini satmaqda maraqlıdırlar. Çünki artıq dünyanın may ayında karantindən çıxma ehtimalı sıfırlandı. Dünyada 4 milyard insan karantin rejimində yaşayır və deməli, neftə olan istehlak ən azından artmayacaq. Hətta trederlər saxlama və daşınma xərclərini də öz ciblərindən verməyə hazırdırlar. Çünki nefti saxlamağa yer yoxdur”.
Ekspert qeyd edib ki, dünyada bu gün neft istehsalı 100 milyon barreldirsə, istehlakı 70 milyona düşüb:
“Yəni, hər gün 30 milyon barrel artıq neft yaranıb. Buna görə də neftin qiymətində kəskin enmələr müşahidə olunur və çox güman ki, bu proses dalğa-dalğa hələ davam edəcək. Bu həftə də neftin istehlakında yenə 10 milyon aşağı düşmə ehtimalı var. Hətta may ayından sonra post-pandemiya dövründə də neftin qiymətində bahalaşmanın olması ehtimalını indiki şərait sıfırlayır. İqtisadi çarxlar dönməyə başlasa belə, bir müddət ucuz nefti yığıb rezervuarlarda saxlamış şirkətlər və neftayırma zavodları o ucuz neftdən istifadə edəcəklər. Yenə istehsal olunan neftin artıqlığı yaranacaq. Ona görə də ən azı bu ilin sonuna kimi neft qiymətlərinin çox kəskin ucuz səviyyələrdə qalması ehtimalı yüksəkdir. Ən yaxşı halda neft qiymətinin 25-30 dollar civarında olması gözlənilir”.
Politoloq Şahin Cəfərli də neftin enməsi qiymətlərinə münasibət bildirib. O qeyd edib ki, bugünkü çöküşün səbəbi məlum problemlərdən əlavə, Kuşinqdəki (Oklahoma) rezervuarların dolmaq üzrə olmasıdır. Ş. Cəfərli əlavə edib ki, bundan başqa, hasilatın ixtisarı barədə qərar hələ qüvvəyə minməyib və Səudiyyə Ərəbistanı başda olmaqla, hər kəs istədiyi qədər neft çıxarmaqla məşğuldur: “ABŞ-ın bəzi neftayırma müəssisələri Səudiyyədən və Rusiyadan neft alır. Amma iyun ayı və ilin sonuna qədər WTI fyuçerslərinin qiyməti 20-35 dollar arasındadır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
2 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
3 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
5 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
5 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
6 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

























