Azərbaycanın bu şirkətlərinin məhsulları Afrikaya göndərilib
“Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirmişdir. Bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı oldub. Bununla da, Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açdı.
“Silk Way Airlines”dən "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu reys ilə Cibuti Respublikasına ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılmışdır.
Eyni zamanda ilk reys vasitəsilə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 ton məhsulları göndərilmişdir. Xüsusilə, aşağıdakı Azərbaycan istehsalçılarının - Gilan Holding, Gazelli Group və Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keci Fermasi MMC, Xurcun və digər şirkətlərin məhsulları göndərilmişdir.
Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.Azərbaycan və Cibuti arasında müntəzəm uçuşların başlaması iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcəkdir.
Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanmışdır. Sənədləri Azərbaycan tərəfdən "AZAL"-ın Prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və "Air Djibuti"-nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalamışdır.
Sənədlər İCAO-nun tələblərinə uyğun Cibuti Mülki Aviasiya Administrasiyasının normativ və requlyativ sənədlərinin hazırlanmasında Azərbaycanın köməyi, eləcə də bu ölkə üçün mülki aviasiya sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Qeyd edək ki, bundan öncə fevral ayında Azərbaycan və Cibuti Respublikası arasında mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
«Silk Way Airlines» hava gəmiləri parkının genişləndirilməsi ilə Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq, Şanxaya və Cibutiyə mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.
Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 23 d. əvvəl
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















