10 sığorta şirkətinin gəlirləri azalıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 11-nin ötənilki gəlirləri illik müqayisədə az olub.
Bunlar "Bakı Sığorta", "Atəşgah Sığorta", "Xalq Sığorta", "Standard Insurance" Sığorta Şirkəti, "Meqa Sığorta", "Günay Sığorta", "Qala Həyat Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.
Ən çox azalma "AXA Mbask"da (51,8%), ən az azalma isə "Bakı Sığorta"da (1,1%) qeydə alınıb.
1 şirkətin - "Xalq Həyat Sığorta" ASC-nin gəlirləri ötən ildən formalaşdığı üçün onun bu maliyyə göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 10 sığorta şirkətinin isə gəlirləri artıb. Ən yüksək dinamika "İpək Yolu Sığorta" ASC-də (89,1%), ən aşağı dinamika isə "Azərsığorta"da (3,5%) qeydə alınıb.
7 sığorta şirkətinin gəlirləri 30 milyon manatdan çoxdur
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin ötənilki gəlirləri 30 milyon manatdan çox olub.
Bunlar "PAŞA Həyat Sığorta" (196 milyon 978 min manat), "PAŞA Sığorta" (151 milyon 204 min manat) ASC-lər, "Azərsığorta" (54 milyon 371 min manat), eləcə də "İpək Yolu Sığorta" (39 milyon 191 min manat), "Atəşgah Sığorta" (39 milyon 48 min manat), "Atəşgah Həyat Sığorta" (36 milyon 942 min manat) və "Qala Sığorta" (31 milyon 22 minmanat) ASC-lərdir.
Qalan 14 sığorta şirkətindən 8-nin gəlirləri 11-27 milyon manat arasında, 5 şirkətin gəlirləri 1-7 milyon manat arasında, 1 şirkətin gəlirləri isə 1 milyon manatdan azdır.
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 4 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























