Gözlər bu həftə nəhəng mərkəzi banklarda olacaq
İqtisadiyyatların koronavirus pandemiyası səbəbilə dayanma nöqtəsinə gəldiyi bu həftədə gözlər Fed və AMB-yə çevrilib
Qlobal mərkəzi banklar, faiz nisbətlərini rekord aşağı səviyyələrə endirmələri və qiymətli kağız alışları yolu ilə trilyonlarla dollar xərcləyəcəklərinə dair öhdəliklərinə qarşı, koronavirusun səbəb olduğu böhrandan çıxa bilmək məqsədilə iqtisadiyyatlarını dəstəkləmək üçün daha çoxunu etmələri üçün təzyiq altında qalmağa davam edirlər.
Marja xəbər verir ki həftətinin ilk gün Yaponiya Mərkəzi Bankının (BoJ) ardından bu həftə ABŞ və Avropa Mərkəzi Banklarının da yığıncağı keçiriləcək.
İqtisadçılar bildirilər ki, virus böhranının həddindən artıq güclü olması mərkəzi bankları mümkün olanın limitlərini daha da genişləndirməyə məcbur edir.
FED
ABŞMərkəzi Bankının (Fed) 28-29 Apreldəki yığıncağı Yanvar ayından bu yana ilk qrafikə uyğun yığıncaq olacaq. Bu il Mərkəzi Bank növbədənkənar yığıncaqlarda faizi azaltmışdı.
Fed faizi sıfıra yaxın səviyyələrə endirib və bazarlara kömək olmaq və şirkətlərin kredit axınını davam etdirmək üçün bir sıra təcili və fövqəladə kredit imkanları təqdim edib. Fed-in balansı hal-hazırda 6.57 trilyon dollara çatmış vəziyyətdədir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar bu həftəki yığıncaqdan ciddi dəyişikliklər gözləmirlər.
Ancaq sərmayəçilər Fed sədri Jerome Powell-in çıxışından Fed-in böhranın nə qədər dərinə enə biləcəyinə dair qorxularına və yığışma proqnozlarına istiqamətli işarələr axtaracaqlar.
AMB
Avropa Mərkəzi Bankı (AMB) Cümə axşamı günü (30 Apreldə), hökumətlərin ortaq maliyyə addımı mövzusunda müzakirələri davam edərkən, çiyinlərində ağır bir yük daşıyaraq yığıncağını reallaşdıracaq.
Sədr Christine Lagarde-ın liderlərə keçən həftə "çox azını etmiş və çox gec qalmış ola biləcəklərini" söyləməsinin və Avro Bölgəsi iqtisadiyyatının bu il 15%-ə qədər azala biləcəyi xəbərdarlığını etməsinin ardından, ölkə liderləri hələ də xilasetmə fondunun necə yaradılacağı mövzusunda razılaşa bilmirlər.
İqtisadçıların çoxu AMB-nin pul siyasətini bu həftə sabit saxlayacağını gözləyirlər. Bank son dövrdə yalnız qiymətli kağız alışlarını bu il bir trilyon avrodan daha çox artırmaq öhdəliyini açıqlayıb və bankların şirkətlərə daha asan kredit vermələrini təmin edib
Bir sıra iqtisadçılar AMB-nin 750 milyard avro olan pandemiya satınalma proqramının həcmini Cümə axşamı günü artıra biləcəyini gözləyirlər. İqtisadçılar bu addımın Sentyabr ayına qədər atıla biləcəyini nəzərdə tuturlar.
Yaponiya Mərkəzi Bankı (BoJ) dünən keçirilmiş iclasında faizlərdə dəyişiklik etməyib. Lakin xəzinə istiqrazları alışlarına dair məhdudiyyəti ləğv edib. Bank şirkət istiqrazları alışlarını da artırıb.
DÜNYA İQTİSADİYYATINDA
Azərbaycan, Qazaxıstan, Macarıstan, İsveç, Gürcüstan, Keniya, Bostvana, Dominik Respublikası, Kolombiya və Qvatemala mərkəzi bankları faiz qərarlarını açıqlayacaqlar.
ABŞ, Avro Bölgəsi, Fransa, İspaniya, İtaliya, Meksika, Tayvan, Belçika, Avstriya, Latviya və Litva ilk rüb ümumi daxili məhsul rəqəmlərini açıqlanacaqlar.
Çində PMI rəqəmləri açıqlanacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























