Mərkəzi Bankı ötən il 70 milyon manata yaxın mənfəət əldə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ili 69,2 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 60,3 milyon manat zərərlə çıxmışdı.
Öötən il AMB-nin faiz gəlirləri 231,7 milyon manat (əvvəlki ilə nisbətən 15,1% çox), faiz xərcləri 234,3 milyon manat (22,2% az), haqq və komissiya gəlirləri 17 milyon manat (3,6% çox), haqq və komissiya xərcləri 4,3 milyon manat (9,6% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 12,4 milyon manat (əvvəlki il zərər olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 65,4 milyon manat (38% çox), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 5,1 milyon manat (78,1% az), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 20,9 milyon manat (83,4% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 2,8 milyon manat (94,6% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 39 min manat (74,5% az), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 748 min manat (28,7% az), sair əməliyyat gəliri 30,5 milyon manat (3,5 dəfə çox), sair xərcləri 48,3 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə gəliri 29,6 milyon manat (50,9% az), inzibati və sair əməliyyat xərcləri isə 54,4 milyon manat (17,7% az) təşkil edib.
AKTİVLƏRİ 3% ARTIB
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 22 623,8 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% çoxdur.
AMB-nin aktivlərinin 17 489,5 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 7% çox), 4 309,3 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 12% az), 359,9 milyon manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (0,5% az), 271 milyon manatını isə banklara verilmiş kreditlər (12,8% az) təşkil edib.
2019-cu ildə AMB-nin öhdəlikləri 13,8% artaraq 20 047,4 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 24,4% artaraq 10 405,5 milyon manat, rezident bankların qısamüddətli depozitləri 9% azalaraq 3 075,8 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 69% artaraq 2 734,4 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9% azalaraq 2 721,4 milyon manat, qurumun balans kapitalı isə 42,2% azalaraq 2 576,4 milyon manat olub.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
16 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 26 d. əvvəl
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 37 d. əvvəl
- 53 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır







.jpg)













.jpg)

