Prezidentdən məhkəmələrə yeni təyinatlar
Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə, Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən, Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib.
Prezident "Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər.
Azərbaycan Respublikasının Prezidenti "Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" da Sərəncam imzalayıb.
Bu sərəncam ilə, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
-
31 d. əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
4 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
5 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
5 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb



















