Azərbaycanda 17 bankın əməliyyat xərcləri artıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 11-nin bu ilin I rübündəki əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Bank Avrasiya", "Express Bank", "Muğan Bank", "Access Bank", "Xalq Bank", Pakistan Milli Bankının Bakı filialı, "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Bank VTB Azərbaycan" və "AGBank"dır.
Ən çox azalma "AGBank"da (20,8%%), ən az azalma isə "Bank Avrasiya"da (1,1%) qeydə alınıb.
Qalan 17 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (97%), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,8%) qeydə alınıb.
5 bankın əməliyyat xərcləri 24 milyon manatdan çoxdur
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu ilin I rübündəki əməliyyat xərcləri 24 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (71,598 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (63 milyon 388 min manat), "PAŞA Bank" (51 milyon 51 min manat), "Access Bank" (26 milyon 743 min manat) və "Unibank"dır (24 milyon 46 min manat).
Qalan 23 bankdan 9-da əməliyyat xərcləri 10-23 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
4 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 12 d. əvvəl
-
36 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























