PAŞA Bankın Gürcüstandakı törəməsi böyüyüb, gəliri artıb
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 12 milyon 367 min lari (6 milyon 555 min manat) zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 14,3 dəfə çoxdur.
Yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 10 milyon 94 min lari (5 milyon 35 min manat, illik müqayisədə 32% çox), əməliyyat xərcləri 12 milyon 19 min lari (6 milyon 370 min manat, 61% çox), xüsusi ehtiyarlara ayırmaları isə 10 milyon 442 min lari (5 milyon 534 min manat, 10 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 502 milyon 656 min lari (266 milyon 408 min manat) olub ki, bu da 1 il əvvələ nisbətən 33,6% çoxdur. Bunun 287 milyon 102 min larisi (152 milyon 154 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 37,6% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 54,1% artaraq 415 milyon 813 min lariyə (220 milyon 380 min manat), o cümlədən depozit portfeli 76,6% artaraq 231 milyon 84 min lariyə (122 milyon 875 min manat) çatıb, balans kapitalı isə 18,5% azalaraq 86 milyon 844 min lariyə (46 milyon 27 min manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (54 milyon 59 min manat) qalıb.
1 lari = 0,53 manat
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
4 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 12 d. əvvəl
-
36 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























