NBC Bank və AG Bank-ın kreditorlarının nəzərinə
Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC və 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə “AG Bank” ASC müflis müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.
Eyni qərarlar ilə Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG bank” ASC-nin ləğvedicisi təyin edilmişdir
Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
-kreditorun adı və ünvanı;
-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “NBC Bank” ASC və “AG bank” ASC-nin kreditorlarından (qorunmayan əmanətçilər, sahibkarlar və s.) xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvanlara müraciət etsinlər:
“NBC Bank” ASC-nin kreditorları
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
“AG bank” ASC-nin kreditorları
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.
QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
36 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 42 d. əvvəl
-
54 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























