“Birkart BOKT” maliyyə göstəricilərini açıqladı – ÖTƏN İL 3 DƏFƏ BÖYÜYÜB
“KapitalBank”ın törəməsi ötən il aktiv fəaliyyətə başlayıbAzərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” ASC-nin törəməsi olan “Birkart BOKT” MMC ilk dəfə illik audit olunmuş maliyyə hesabatlarını açıqlayıb.
Marja hesabatlara istinadən xəbər verir ki, “Birkart BOKT” 2018-ci ildə fəaliyyətə başlasa da 2019-cu ildən aktiv fəaliyyətə başlayıb - müştərilərə kreditlər verilib, gəlirlər əldə edilib.
Ötən il təşkilatın cəmi əməliyyat gəlirləri 93 min 855 manat, cəmi əməliyyat xərcləri isə 241 min 643 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən təşkilatın 147 min 788 manat əməliyyat zərəri yaranıb. 2018-ci ildə əməliyyat gəlirləri olmayan təşkilatın zərəri 3 min 78 manat təşkil etmişdi. Ötən il təşkilatın xərclərinin artması işçilərin sayının 15 nəfərə çatdırılması ilə əlaqədar olaraq əməkhaqqı xərcinin artması ilə bağlıdır. Belə ki, 2018-ci ildə 3 min 17 manat təşkil etmiş əməkhaqqı və sosial ayırmalar xərcləri 2019-cu ildə 166 min 882 manata yüksəlib. Ötən il aktiv fəaliyyətə başlayan “Birkart BOKT”ın artan kredit portfelindən daxil olan faiz gəlirlərinin artması ilə bu il mənfəətə keçə bilər.
BİR İLDƏ 3 DƏFƏ BÖYÜYÜB
Diqqəti cəlb edən ötən il “Birkart BOKT” MMC-nin aktivlərinin 3 dəfə artaraq 1 milyon 471 min manata çatmasıdır. 2018-ci ilin sonunda MMC-nin aktivləri 497 min manat təşkil etmişdi. Aktivlərin artması ötən il müştərilərə 1 milyon 199 min manat kreditin verilməsindən qaynaqlanır. 2018-ci ildə Noyabr ayında lisenziya almış “Birkart BOKT” həmən il kredit ayırmamışdı.
Ötən il “Birkart BOKT” 1 milyon 123 min manat uzunmüddətli kredit cəlb edib. Cəlb edilən vəsait müştərilərə kreditlərin verilməsinə sərf edilib.
Kreditlərin verilməsilə məşğul olan “Birkart BOKT” 2019-cu ilin sonunda 500 min manat nizamnamə kapitalına da malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
36 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 42 d. əvvəl
-
54 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























