Komplayns və korporativ etika – Şirkətlərin sui-istifadəyə və korrupsiyaya qarşı olan “qalxanı”
Artıq bir neçə ildir ki, Komplayns (uyğunluq, daxili nəzarət) funksiyası Azərbaycan cəmiyyətində və ölkədə fəaliyyət göstərən şirkətlərdə mövcuddur. Ölkəmizdə komplayns üçün çətinliklərə və davamlı olaraq sual altına alınmasına baxmayaraq, qanunvericilikdə edilən islahatlardan sonra bu funksiyanın tədricən özünə yer elədiyini təsdiq edə bilərik. Belə ki, ölkə qanunvericiliyinin müasir tələblərə cavab verməsi üçün təkmilləşdirilməsindən sonra artıq bir sıra normativ sənədlərdə kommersiya qurumlarına korporativ etika və komplayns proqramlarının və siyasətlərinin qəbul edilməsi üçün müvafiq tövsiyyələr verilmişdir. Və ölkənin bir sıra qabaqçıl və şəffaflığı fəaliyyətlərinin təməl daşı hesab edən şirkətləri həmin tövsiyyələri nəzərə alaraq, müasir standartlara uyğun effektiv komplayns proqramlarına sahib olmuşdular. Anqlo-sakson iş dünyasında doğulan komplayns funksiyası, möhkəm korporativ mədəniyyətin, korporativ rəqabətin və təşkilatlanmanın əsaslarını qoyan bir rolu ilə ölkəmizin bütün biznes sahələrini əhatə etməkdədir.
Şirkətlərdə bərqərar olduqca və tədricən inkişaf etdikcə, “Komplayns” anlayışı artıq dəyişdi və bu gün hər bir qurum müvafiq qanunvericiliyə və ya tətbiq olunan qaydalara riayət etməklə məhdudlaşmır, əksinə, könüllü olaraq səylərini əldə edilmiş öhdəliklərin yerinə yetirilməsinə, sui-istifadə və korrupsiya hallarının qarşısının alınması və etik davranışın təşviqi yolu ilə nüfuzunun qorunmasına yönəldir.
COVID-19 səbəbindən yaşadığımız fövqəladə vəziyyət, habelə qaçılmaz olaraq keçirdiyimiz böhran müəyyən qrupları, iş adamlarını, menecerləri və hətta böyük şirkət rəhbərlərini yaranmış işgüzar mühitdə komplayns funksiyasının qiymətləndirməsinə və hətta onun faydalılığını şübhə altına almasına səbəb ola bilər. Lakin, biznes və hüquq sahəsində çalışan və müəyyən bir təcrübəyə malik olan bir çox mütəxəssis inanır ki, komplayns, fəaliyyət növündən və ölçüsündən asılı olmayaraq, gələcəkdə Azərbaycanda biznesin uğur qazanmasının əsas elementlərindən biri olacaq. Çünki indiki dövrdə biznes artıq şəffaflığın, etikanın, qanuna və cəmiyyətdə yaranan dəyərlərin üstünlük təşkil edəcəyi yeni bir inkişaf yolu ilə qarşılaşmaqdadır. Və buna görə də məhz bu dövrdə şirkətlər etik cəhətdən inkişaf etmiş (və gündən-günə bunu davam etdirən) cəmiyyəti məyus etməmək səbəbindən, ümumi mənafe üçün hüquqlarının bir hissəsindən imtina edərək, yüksək səviyyədə öhdəlik və məsuliyyət nümayiş etdirməlidirlər.
Yaşadığımız çətin dövrdə əməkdaşlığa olan sosial ehtiyac, son illərdə mövcud olmayan vətəndaşlar arasında birlik və həmrəylik hissini meydana gətirdi. Pandemiya ilə əlaqədar fövqəladə vəziyyəti nəzərə alsaq, sosial məsuliyyətli davranışların vacibliyinin irəliləməyin yeganə düzgün yolu olduğunu göstərir. Bu səbəbdən, vətəndaşlar, müştərilər və kontragentlər gələcəkdə şirkətlərdən yalnız komplayns və korporativ etik mədəniyyətə uyğun olan davranış tələb edəcəklər.
Bu məsələni nəzərə alsaq, şirkətlərdə qanunsuz əməllərin profilaktikası modellərinin inkişafı, risklərə nəzarət edilməsinə imkan verən İdarəetmə Sistemlərinin tətbiqi, cəmiyyətin onlardan gözlədiyi standartlar çərçivəsində etik davranışların və qanuna riayət edilməyin vacibliyi ortaya çıxır. Şirkətlər ətraflarındakı konteksti hərtərəfli təhlil etməli və buna uyğun hərəkət etməlidirlər. Bu gün artıq təsdiq edə bilərik ki, istər özəl, istərsə də ictimai sahələrdə işə qəbul üçün tələblər sui-istifadəyə qarşı mübarizə, korporativ sosial məsuliyyət və komplayns mədəniyyəti ətrafında gücləndirilmişdir. Bundan əlavə, artıq kiçik şirkətlər də daha tanınmış və böyük kontragentlərlə bağladıqları müqavilələrdə və əməkdaşlıqlarında fəaliyyətlərinin yaxşı təcrübələrini nümayiş etdirməyə məcbur olurlar.
COVID-19-un cəmiyyətdə yaratdığı dəyişikliklər səbəbindən gələcəkdə hər hansı bir şirkət üçün, məsələn, korrupsiya, vergi cinayətləri və ya çirkli pulların yuyulması ilə əlaqədar yarana biləcək problemlər nüfuz və ya kapital itkisi ilə nəticələnə bilər. Şübhəsiz ki, komplayns və korporativ etika proqramları şirkətlərin fəaliyyətinin planlaşdırılması və inkişafında strateji bir ünsür olacaqdır. Komplayns funksiyası şirkətlərdə və qərar vermə prosesində artan çəkiyə sahib olacaqdır ki, bu da iş fəaliyyətinin davamlılığını təmin etmək və şirkətin nüfuzunu qorumaq məqsədi ilə verdikləri hesabatlar və tövsiyələrlə dəstəklənəcəkdir.
Müəllif: Rəhim Həsənov, hüquqşunas
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 18 d. sonra
- 42 d. əvvəl
-
-
52 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
1 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
























