Prezidentdən Tərtər üçün 2 sərəncam
Prezident İlham Əliyev "Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə, Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,47 milyon manatı ayrılıb.
Həmçinin Prezident Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Sərəncam ilə Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Tərtər rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, ədəd |
| Azad Qaraqoyunlu kəndi | 1 | 2701 |
| Bəyimsarov kəndi | 1 | 2900 |
| Borsunlu kəndi | 1 | 1187 |
| Cəmilli kəndi | 1 | 1623 |
| Çaylı kəndi | 2 | 330 |
| Evoğlu kəndi | 1 | 2268 |
| Ələsgərli kəndi | 1 | 1253 |
| Hacıqərvənd kəndi | 1 | 2923 |
| Xoruzlu kəndi | 1 | 1594 |
10. | Kəngərli kəndi | 1 | 1643 |
11. | Köçərli kəndi | 1 | 1771 |
12. | Kövdadıq kəndi | 1 | 174 |
13. | Qaradağlı kəndi | 1 | 2312 |
14. | Qaynaq kəndi | 1 | 1886 |
15. | Mamırlı kəndi | 1 | 1694 |
16. | Soyulan kəndi | 1 | 523 |
17. | Şıxarx qəsəbəsi | 3 | 476 |
18. | Təzəkənd kəndi | 1 | 891 |
Cəmi | 21 | 28 149 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























