“Eşitdiyimiz məlumatdan şok yaşadıq və inanmaq istəmədik” – ƏMANƏTÇİLƏR
"Mərkəzi Bankdan da bizi eşidib qarşımıza çıxan və məlumat verən olmadı"NBC Bankın yüzlərlə qorunan əmanətçisi əllərində müqavilələri olmasına baxmayaraq əmanətlərini ala bilmirlər. Səbəb NBC Bank-ın qanunsuz əmanət cəlb etməsidir.
Zərər çəkən əmanətçilər adından Marja.az-a müraciət edən Nailə İsayeva yazır:
“Biz NBC Bankın əmanətçisiləri 2020-ci ildə NBC Banka 10%-ə qorunan əmanət yerləşdirmişik, bizə möhürlü müqavilə və əmanət kitabçası verilmişdir. NBC Bankın lisenziyası ləğv edildikəndən sonra kompensasiya üçün banka müraciət etdikdə heç birimizin adı sistemdə çıxmadı. Bizə Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyi bildirdilər. Biz Fonda yaxınlaşıb aydınlaşdırarkən eşitdiyimiz məlumatdan şok yaşadıq və inanmaq istəmədik. Məlumat belə idi: 27.01.2020-ci ildə Mərkəzi Bank NBC Banka əmanət qəbulunu qadağan edib. NBC Bank isə buna məhəl qoymayaraq biz əmanətçilərdən əmanət qəbuluna davam edib. Bu səbəbdən də Əmanətlərin Sığortalanması Fondu 10%-lə yerləşdirdiymiz sığortalı, möhürlü sənədli əmanətimizi sığortasız sayır və bloklayır. Belə olan halda əmanətimizi ala bilmirik. Bu barədə məlumat almaq üçün Mərkəzi Banka yaxınlaşdıq və bizi qəbul edib məlumat verilməsini xahiş etdik. Mərkəzi Bankdan da bizi eşidib qarşımıza çıxan və məlumat verən olmadı. Mərkəzi Bankın rəhbərliyi bizim gəlişimizdən xəbərdar idi. Üstümüzə polis əmkdaşlarını göndərərək onlar vasitəsilə “Onlara deyin bizlik deyil, getsinlər Əmanətlərin Sığortalanması Fonduna”, - bildirdilər. İsti havada yenidən üz tutduq Əmanətlərin Sığortalanması Fonduna, onlar da eyni cavabı təkrarladılar. Sayımız 500-dən çox olan əmanətçilər Prezidentimiz cənab İlham Əliyevə arxalanaraq bu məsələnin biz əmanətçilərin xeyirinə həll olunacağına ümid edirik”.
Nailə İsayeva əlavə etdi ki, NBC Banka 15 min manat əmanət yerləşdirib.
Ag Bankın əmanətçisi Elçin Məmmədov da eyni problemlə qarşılaşıb. Onun sözlərinə görə, Ag Bank da Mərkəzi Bankın qadağasına məhəl qoymayaraq əmanət qəbul edib və bu səbəbdən adı sistemdə çıxmır: "Mənim də qorunan əmanətim sığortasız sayılır və ala bilmirəm".
Qeyd edək ki, problemin həlli üçün Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Bankı məhkəməyə verəcəyi və əgər məhkəmə Fondun iddiasını təmin edərsə bu əmanətçilərə kompensasiya ödəniləcəyi bildirilir.
Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Bankın qadağasından məlumatsız olduğu bildirilir. Fond 2020-ci il ərzində dərc etdiyi bankların sıyahısında NBC Bank və AtaBank-ın adlarını göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 43 d. əvvəl
-
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?




















