TuranBank və IFC aqro sahədə əməkdaşlığını gücləndirir - YENİ MÜQAVİLƏ İMZALANIB
TuranBank Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış və maliyyə təşkilatlarına fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemini tətbiq etmək məqsədilə IFC ilə yeni müqavilə imzalamışdır.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, CLARA nağd vəsait axınlarının proqnoz hesablamaları vasitəsilə risklərin qiymətləndirilməsi və kreditləşdirmə proseslərini avtomatlaşdıraraq fermerlərin maliyyə resurlarına çıxışını asanlaşdırmağa kömək edir. Sistem IFC tərəfindən hazırlanıb və ona məxsusdur. Bu fəaliyyət, IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir.
"Bu müqavilə çərçivəsində tətbiq edilməsi planlaşdırılan yeni sistem, Bankın strateji kursuna uyğun olaraq və onun ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini nəzərə alaraq, Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafına yönəldiləcəkdir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























