“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB
Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan “Qala Həyat” şirkəti bu dəfə daha bir yeniliyə imza atıb.
Şirkət öz fəaliyyətində şəffaf informasiya siyasətini prioritet istiqamətlərdən biri hesab etməklə müştərilərinin sığorta məhsullarına əlçatanlığını daha rahat şəkildə təmin etmək məqsədi ilə əsas kommunikasiya vasitəsi olan rəsmi internet səhifəsini (www.qala.az) daha təkmil formada istifadəyə verib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Marja-ya verilən məlumata görə, rəsmi internet resursunun yenilənməsində əsas məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir IT həllərdən istifadə etməklə zamanın tələblərinə uyğunlaşdırmaqdır.
Təkmilləşdirilmiş sayt dizayn və kontent cəhətdən əvvəlki versiyadan fərqli olaraq daha dinamik, funksional və rahatdır. Belə ki, əvvəlki versiyadan fərqli olaraq yeni rəsmi internet səhifənin dizaynı ilə yanaşı texniki imkanları daha da genişləndirilib.
Saytdakı yeniliklərdən biri müştərilər üçün xüsusi olaraq “şəxsi kabinet” bölməsinin yaradılmasıdır. Bu “şəxsi kabinet” vasitəsi ilə müştərilər qeydiyyatdan keçməklə öz hesablarına nəzarət etmək imkanını əldə edirlər.
Şəxsi kabinet vasitəsi ilə müştəri müvafiq sığorta növləri üzrə ödədiyi sığorta haqqı məbləğinə nəzarət edə bilər, həmçinin müqaviləyə ediləcək hər hansı bir dəyişikliyi, eləcə də müqaviləni onlayn şəkildə imzalaya bilirlər.
Bundan başqa, könüllü sığorta növləri ilə yanaşı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər asan imza vasitəsi ilə müvafiq sığorta məhsulları üzrə şəhadətnamələr əldə edə bilərlər.
Yenilənmiş sayt sığorta qanunvericiliyi və digər məlumatlarla zənginləşdirilib. Saytda onlayn ödəniş, müvafiq sığorta məhsulları üzrə hesablayıcı, eləcə də şikayət və təkliflərlə bağlı xüsusi bölmələr də yaradılıb.
Qeyd edək ki, koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrindən biri də sığorta sektoru olub. Bu sektor üzrə inkişaf tendensiyasının azalmasına baxmayaraq, “Qala Həyat” sığorta şirkəti bu dönəmdə öz inkişafını uğurla davam etdirib. Bu dövrdə Şirkət IT infrastrukturunu daha da gücləndirərək yeni təkmil rəsmi veb-səhifəsini istifadəyə verməklə müştərilərinə daha yaxın olub. Postpandemiya dövründə də bu kimi işlər şirkətin əsas proritetləri hesab ediləcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























