“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”
BMTnin baş katibi Antoniu Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı nələrin gözlədiyi barədə danışıb.
İsveçin “Aftonbladet” nəşrində yayımlanan məqalədə baş katib pandemiyadan sonra dünyanı iki ssenarinin gözlədiyini bildirib.
“Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaqlar, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, - deyə A. Quttereş vurğulayıb.
O, koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağını və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib.
BMT-nin baş katibi deyib ki, əgər hadisələr bu məcrada inkişaf etsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq.
“İkinci isə bədbin ssenaridir. Əgər ölkələr fəaliyyətlərini əlaqələndirməsələr, virusun yenidən yayılması baş verəcək, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşəcək. Peyvənd üzərində işin ləngiməsi və ya bunun üçün şiddətli rəqabətin başlaması, peyvəndi ancaq iqtisadi imkanları olan ölkələrin əldə etməsi variantı da mümkündür. Əgər bu ssenari həyata keçsə, biz seqreqasiyanın, populizmin və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə A. Quttereş vurğulayıb.
Baş katibin sözlərinə görə, hər bir ölkə sərbəst yaşayacaq, dünya isə ümumi problemlərin həlli üçün vahid idarəetmə təşkil edə bilməyəcək.
A. Quterreş nəticədə “yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Məqalədə o da qeyd olunub ki, hazırda dünyanın hansı məcra üzrə hərəkət etdiyini söyləmək çətindir: “Lakin mümkün olan hər şeyi etmək və ən pisinə hazırlaşmaq lazımdır. Pandemiya davranışın dəyişdirilməli olduğunu göstərməlidir və ayrılıq indi hər kəs üçün təhlükəlidir”.
Baş katib bildirib ki, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının köməyi və beynəlxalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür.
A. Quterreş qeyd edib ki, dövlətlərarası əməkdaşlığın mövcud metodlarını yenidən nəzərdən keçirmək lazımdır, bunun çərçivəsində BMT və onun orqanları, Dünya Bankı, habelə Beynəlxalq Valyuta Fondu və regional təşkilatlar daha sıx işləyəcək.
APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















