“Günay Bank” 6 aylıq vəziyyətini açıqladı
“Günay Bank” ASC 2020-ci ilin 1-ci yarısını 617,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 1-ci yarısında 752 min manat xalis mənfəət əldə etmişdi. Bankın əməliyyat mənfəəti artıb, xalis mənfəətin azalması ehtiyata ayırmanın artması ilə əlaqədardır.
Marja Bankın 2020-ci il üzrə 6 aylıq Hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-iyun dövründə “Günay Bank”ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 537 min manat və ya 9,2% artaraq 6 milyon 352 min manat təşkil edib. Bank 2019-cu ilin ilk 6 ayında 5 milyon 815 min manat faiz gəlirləri əldə etmişdi.
2019-cu ilin 1-ci yarısı ilə müqayisədə 2020-ci ilin 1-ci yarısında “Günay Bank”ın qeyri-faiz gəlirləri də 782 min manat və ya 21,7% artaraq 4 milyon 390 min manat təşkil edib.
2020-ci ilin ilk 6 ayında “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 742 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 226 min manat, əməliyyat mənfəəti isə 2 milyon 516 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 1 milyon 898 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığından hesabat dövrünü 617,5 min manat xalis mənfəət ilə bağlayıb.
Qeyd edək ki, xalis mənfəətin 2019-cu ilin 1-ci yarısı ilə müqayisədə az olmasının səbəbi ehtiyata ayırmanın artmasıdır. Ötən ilin eyni dövründə ayırma 503 min manat təşkil etmişdi. 2018-ci ilin 1-ci yarısında “Günay Bank”ın cəmi əməliyyat gəlirləri 9 milyon 423 min manat cəmi əməliyyat xərcləri 8 milyom 167 min manat, əməliyyat mənfəəti 1 milyon 256 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 503 min manatını ehtiyata ayırdığından hesabat dövrünü 752 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2020-ci ilin ilk 6 ayında “Günay Bank”ın müştərilərə verdiyi kreditlər 17 milyon 380 min manat və ya 11% artaraq 30 İyun 2020-ci il tarixində 176 milyon 296 min manat təşkil edib. Hesabat dövründə Bankın cəmi aktivləri 14,5% artaraq 247 milyon 198 min manata yüksəlib.
Ötən ilin sonu ilə müqayisədə “Günay Bank”ın depozit portfeli 21 milyon 681 min manat və ya 26,6% artaraq 103 milyon 250 min manata yüksəlib.
Bank 30 İyun 2020-ci il tarixində 65 milyon 120 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























