"BonAqua" rəsmi su təminatçısı seçildi
Bakı 2017 İslam Həmrəyliyi Oyunları "BonAqua"nın Oyunların rəsmi su təminatçısı kimi seçildiyini elan edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda istehsal olunan "BonAqua" - Coca-Cola şirkətinin brendidir.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua"nın Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi su təminatçısı kimi seçildiyindən məmnun olduğunu söyləyib. Elçin Səfərov: “Coca-Cola şirkətinin uzun illər boyunca beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil. Oyunların həyata keçməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə böyük təşəkkürümüzü bildirir və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizdən əminəm".
“Coca-Cola” şirkəti alkoqolsuz içkilər üzrə dünyanın aparıcı istehsalçısı və distributorudur. 200-dən artıq ölkədə şirkətin içkiləri 1.9 milyarddan çox müştəri tərəfindən gündəlik olaraq istehlak edilir. Coca-Cola 1994-cü ildə Azərbaycanda alkoqolsuz içkilər zavodunu açmış və 2,200-dən çox vətəndaşın birbaşa və dolayı məşğulluğunu təmin edib.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizədə yarışacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























