Qiyməti rekord qırdı, 2300 dollara qədər yüksələcəyi təxmin edilir
Qızılın unsiyasının qiyməti 2 000 dollar səviyyəsini aşaraq yenidən rekord qırdı
Beynəlxalq bazarlarda qızılın qiyməti, əlavə təşviq gözləntiləri, aşağı faizlər və artan geosiyasi risklər ilə əlaqədar olaraq təkrar bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
Marja xəbər verir ki, sərmayəçilər, koronavirus pandemiyasının iqtisadiyyat üzərindəki mənfi təsirlərini aradan qaldırmaq məqsədilə hökumətlərdən yeni təşviqlərin gələ biləcəyi gözləyirlər. Eyni zamanda, ABŞ-ın real faizlərində azalma davam edir və geosiyasi risklər artır. Bütün bunlar qızılın "rallisini" gücləndirib və qiymətlər 2000 dolları aşaraq yeni rekord səviyyələrə çatıb.
Qızıl bu il 30% bahalaşıb. Hökumətlər və mərkəzi bankların yavaşlayan iqtisadiyyata təşviqlər ilə cavab verməsi qızılı daha da bahalaşdıra bilər. San-Francisko Fed sədri Mary Daly, Çərşənbə axşamı günü etdiyi şərhdə, ABŞ iqtisadiyyatının daha əvvəl düşünüləndən daha çox dəstəyə ehtiyac duyduğunu söyləyib.
İqtisadiyatın normallaşmasının zaman tələb etməsi və pul vahidlərinin dəyərdən düşmələri "etibarlı liman" xüsusiyyətindəki qızılın dəyər qoruma vasitəsi olaraq cazibəsini artırır. Aralarında "Goldman Sachs Group"un da olduğu bəzi banklar qiymətin 2300 dollara qədər yüksələcəyini təxmin edirlər.
Bakı vaxtı ilə saat 10:05-də qızılın unsiyası 2022,97 dollardan əməliyyat olunub. Bu gün qiymət 2036 dolları test edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























