Azərbaycanda mobil və sabit internetin sürəti cüzi artıb
Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 30,99 Mbit/s-ə təşkil edib. "Ookla"nın "Speedtest Global Index"inə görə, bu göstərici may ayı ilə müqayisədə 4,3% artıb.
İyunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0,6% azalaraq 13,79 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 34,67 Mbit/s və 11,01 Mbit/s təşkil edib.
İyun ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında bir pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (110,10 Mbit/s), BƏƏ (107,53 Mbit/s) və Çin (103,67 Mbit/s) daxil olub.
Reytinqə əsasən, iyun ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 21,24 Mbit/s, çıxış sürəti isə 22,87 Mbit/s təşkil edib. Bu göstəricilər may ayı ilə müqayisədə müvafiq olaraq 2 və 2,7% artıb.
Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan iyun ayının yekunlarına görə bir pillə geriləyərək 115-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (208,16 Mbit/s), Honkonq (192,09 Mbit/s) və Tailand (171,36 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 78,26 Mbit/s və 42,06 Mbit/s olub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























