Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 mln. kVt·st, ixracı 110,7 mln. kVt·st, idxalı 15,9 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 mln. kVt·st, ixrac 9 mln. kVt·st artıb, idxal isə 2,6 mln. kVt·st artıb.
Cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 mln.kVt·st artaraq 15346,9 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 mln. kVt·st artaraq 14358,9 mln. kVt·st, SES-lərdə 277,4 mln. kVt·st azalaraq 774,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,1 mln. kVt·st azalaraq 213,5 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 63,03 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 28 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13726,7 mln. kV·ts (İES-lərdə 13086,6 mln. kVt·st, SES-lərdə 640,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 mln. kV·st (İES-lərdə 98,6 mln. kVt·st, SES-lərdə 120,9 mln. kVt·st, Günəş ES-də 24,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 mln. kVt·st, idxalı isə 87,4 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























