Dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb
Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri sürətlə bahalaşmağa başlayıb. Protokolda FED-in uzun müddətli strategiyalarına yenidən baxdıqlarını və prosesinin sonuna çatdıqlarını açıqlanıb. Buna səbəb isə Amerika iqtisadiyyatının Korona böhranından ağır zərbə görməsidir və gələcək gözləntilərin də böhrandan asılı olmasıdır. Bütün bunlar isə gələcək iqtisadi proqnozların daha da pisləşməsinə əsaslar yaradır.
Protokolun yayımlanmasından sonra investorlar səhmlərdən çıxaraq, güvənli liman maliyyə aləti kimi dollara yönəldilər. Son günlər tarixi rekord səviyyələrini yeniləyən "SP500" indeksi, Amerika sessiyasında 3370 punkta kimi 0.9% ucuzlaşmışdır. Təhlillərə əsasən, indeks 3400müqavimət səviyyəsinin altında qaldıqca, 3344 punkta kimi də ucuzlaşa bilər.
Dollar indeksi hazırda MA100 indikatorunun göstərdiyi səviyyədə müqavimətlə rastlaşıb. Burada gün ərzində korreksiyaların olacağı proqnozlaşdırılandır. Əsas istiqamət isə 93 punkt ətrafında müqavimətin qırılıb və ya qorunmasından asılı olacaqdır.
Bu baxımından bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarında işsizlik müavinətləri və sənaye sektoru ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























