Azərbaycan şirkəti Rusiyanın sifarişi ilə yeni məhsul istehsalına başlayıb
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Azertexnolayn” MMC-də Rusiya Federasiyasının sifarişi ilə yeni növ məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Müəssisələrdə indiyədək 383 milyon manatdan çox məhsul istehsal edilib və 95 milyon manatlıq hissəsi ixrac olunub.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, bununla da, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Ümumi investisiyalarının həcmi 3,1 milyard ABŞ dolları olan 23 sahibkarlıq subyektinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
İndiyədək rezidentlər tərəfindən 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın da yatırılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 1,9 milyard manatdan çox satış həyata keçirilib ki, onun da 0,61 milyard manatdan çox hissəsi - təqribən 32%-i ixracın payına düşür.
2020-ci ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin - "Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı" layihəsi üzrə “AzerFloat” QSC və "Qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası" layihəsi üzrə “Azmonbat” MMC-nin istehsala başlaması planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 40 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
























