“AFB Bank” yeni mobil tətbiqini təqdim etdi
(®️) Hər zaman müştərilərinə innovativ Bank xidmətləri təqdim edən AFB Bank yeni Mobil tətbiqini təqdim etdi.
AFB Bankın müştəriləri sadə şəkildə qeydiyyatdan keçməklə, mobil tətbiqi istifadə edə bilər. Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən yeni Mobil tətbiq ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. Artıq Bankın müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən asanlıqla idarə edə bilərlər.
Həmçinin yeni Mobil tətbiq vasitəsilə kommunal ödəniş və köçürmələrin həyata keçirilməsi, konvertasiya əməliyyatlarının aparılması, kart və digər hesablara köçürmələrin edilməsi, kredit ödənişlərinin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması mümkündür.
Fiziki şəxslər üçün hazırlanmış yeni Mobil tətbiqi Google Play Store və ya Apple App Store-dan mobil telefona yükləmək olar.
Mobil tətbiqi aşağıdakı linklər və ya QR kod vasitəsilə birbaşa yükləmək də mümkündür.

Play Store: https://play.google.com/store/apps/details?id=az.afbbank
App Store: https://apps.apple.com/az/app/afb-bank/id1501308969
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























