Azərbaycan bankı yeni konseptdə filialının açılışına hazırlaşır
Yelo Bank yeni konseptdə təmir olunmuş “Lənkəran” filialının açılışına hazırlaşır.
Bankın yaydığı məlumata görə, bu filial yeni konseptdə təmir edilmiş filiallardan birincisi olacaq. Yaxın zamanda Bakı şəhərində də daha bir neçə eyni konseptdə filiallar müştərilərin xidmətinə veriləcək.
Filialda müştərilərin rahatlığı üçün bütün detallar nəzərə alınıb. Yeni filial rahatlığı ilə yanaşı, müasirliyi və bankın sloqanına uyğun olaraq parlaqlığı ilə digərlərindən fərqlənəcək. Konsept özündə müxtəlif xidmət zonalarını birləşdirəcək – 7/24, sürətli və fərdi xidmət zonaları.
"Filiallar dəyişmə mərhələsində olan Yelo Bankın yalnız bir hədəf istiqamətidir. Tezliklə bank bir neçə yeniliklər, xüsusilə rəqəmsal həllərlə müştərilərini sevindirəcək. Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir. Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq",- Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















