"Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq"
"SOCAR sanki bir xilaseidici "çubuq" rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. "Forbes nəşrinin təhlilində təbii ehtiyatların ixracından asılı olan bir sıra ölkələr kimi, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft və qaz sektorunun qlobal koronavirus pandemiyasından təsirləndiyi qeyd olunur.
Neft məsələləri üzrə təhlilçi İlham Şaban “BBC”yə açıqlamasında pandemiyanın Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a təsirlərindən danışıb. Onun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti qarşıdan gələn illər ərzində yaxşılaşmağa doğru getdiyi bir halda, pandemiyanın təsirindən iflas ehtimalı inandırıcı görünmür:
"SOCAR hazırda ümumi dəyəri 500 milyon dollardan az olan neft satırsa, onun işə salınacaq layihələri şirkətin gəlirlərini əhəmiyyətli şəkildə artıracaq. Eləcə də, SOCAR-ın işə salacağı və modernizasiya etdiyi şirkətlər ona aviasiya kerosini, avro-5 dizeli, benzin satmaq üçün əlavə imkanlar verəcək. SOCAR maksimum 3 ildən sonra xarici bazarda 2 milyon ton yanacaq sata biləcək. Onun bu sahədə gəliri 2 dəfə artaraq, 1 milyard dollara çatacaq. Mən daha başqa layihələrdən danışmıram".
İ. Şaban həmçinin Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi meyilləri fonunda SOCAR-ın özəlləşdirilməsinin mümkün olub-olmamasından danışıb. Təhlilçi qeyd edir ki, məhz Forbes-un Azərbaycanın ümumi daxili məhsulunun 40 faizinin neft və qazdan əldə edilməsi, bunun da hökumətin büdcə gəlirlərinin üçdə ikisini və ixrac gəlirlərinin 80 faizini təşkil etməsi ilə bağlı açıqladığı rəqəmləri nəzərə almaq kifayətdir:
"Həmin rəqəmləri nəzərə almaqla, büdcənin əsas gəlir mənbəyi olan SOCAR-ın özəlləşdirilməsini təsəvvür etmək qeyri-real görünür. Çünki kim harada çətinə düşərsə, hökumətə müraciət edir ki, SOCAR-dan kömək alsın. SOCAR sanki bir xilaseidici "çubuq" rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. Yəni, SOCAR və hökumət iqtisadiyyatda "Siam əkizləri" kimi bir şeydir. Onları ayırmaq olmayacaq".
İlham Şabanın bildirir ki, SOCAR-ın büdcəyə ödənişləri və qlobal neft qiymətləri arasında mütənasiblik yoxdur və neftin qiymətindən asılı olmayaraq, SOCAR-ın büdcəyə ayırdığı vəsaitin həcmi dəyişməz qalır. Buna görə də hökumət "işıldayan aktivi" saydığı SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq:
"Hökumət SOCAR-a deyə bilər ki, sən effektivliyini artır. Amma hökumət başa düşür ki, o, SOCAR-sız keçinə bilməz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 40 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
























