“SOCAR-da payın böyük hissəsi dövlətin əlində qalmalıdır”
Azərbaycanda son günlərin gündəm mövzularından biri də dövlət şirkətlərinin alternativ maliyyə mənbələri hesabına maliyyələşdirilməsidir. Bu addımlardan biri kimi özəlləşdirilməyə xüsusi yer verilir. Özəlləşdirilməsi təklif edilən iri dövlət şirkətlər arasında SOCAR-ın adı da hallandırılır.
Bəs, SOCAR-ın özəlləşdirilməsi hazırda nə qədər realdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev “Marja”ya bildirib ki, 2016-cı ildə qəbul edilən “Strateji Yol Xəritələrində” dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi qeyd edilib. Orada konkret olaraq özəlləşdiriləcək dövlət müəssisələrinin adı çəkilir. Bu siyahıda Aztelecom, Baktelekom kimi müəssisələrin özəlləşdirilməsi məsələsi var. 2020-ci ilə qədər telekommunikasiya sahəsində müstəqil tənzimləyici qurumun yaradılması və adıçəkilən müəssiələrin özəlləşdirilməsi məsələsi tam başa çatdırılmalı idi. Ekspert hesab edir ki, hökumət özəlləşdirməyə gedəcəksə, SOCAR kimi iri şirkətlərdən əvvəl “Strateji Yol Xəritələrinə” daxil etdiyi müəssisələr haqqında düşünməlidir.
SOCAR-ın özəlləşdirilməsi məsələsinin tez-tez gündəmə gətirildiyini deyən ekspert şirkətin tərkibində profilindən kənar çoxlu müəssisələrin olduğunu bildirir: “Bunlar sosial öhdəlik kimi SOCAR-ın üzərinə yüklənib və əlavə xərclər yaradır. Özəlləşdirməyə gedildikdə isə, SOCAR-ın sosial öhdəliklərindən azad olması lazım gələcək. Ümumiyyətlə isə investorlar üzərində sosial yük olan şirkətlərə maraq göstərmirlər. Həmçinin özəlləşdirmədən əvvəl korporativ idarəetmə modeli də təmin edilməlidir”.
“SOCAR-da özəlləşdirilməyə gedilməsini dövlət təhlükəsizliyi ilə əlaqələndirirlər. İstənilən halda sözügedən qurumun özəlləşdirilməsinə gedilsə belə, payın böyük hissəsi dövlətin əlində qalmalıdır. Məsələn, dünyanın ən böyük neft şirkəti – Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti səhmlərinin 5%-ni kifayət qədər yüksək qiymətlə satışa çıxarıb”, - deyə ekspert vurğulayıb.
R.Ağayev qeyd edib ki, özəlləşdirmə məsələsində əlavə riskləri nəzərə alaraq dövlət xarici strateji investorlara diqqətlə yanaşmalıdır: “Yəni, burada hər hansı bir məmurun xaricdə şirkət yaradaraq bu səhmləri alması halı olmamalıdır”.
İşçilərin ixtisarına gəlincə ekspert bildirir ki, istənilən özəlləşdirmə prosesində bu risk qaçılmazdır: “Həmçinin qeyd etmək lazımdır ki, SOCAR işçi qüvvəsinin sayı üzrə ölkədə liderdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 4 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























