"Biz doğru qərar qəbul etmişik"
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika nazirləri Pərviz Şahbazov və Nurlan Noqayevin iştirakı ilə videokonfrans keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə ortaq etnik-tarixi köklərə malik, dost və qardaş ölkələr - Azərbaycanla Qazaxıstanın münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından bəhs edilib. Hökumətlərarası Komissiyanın bu münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının 2020-ci ilin oktyabr ayının ikinci yarısında keçirilməsi razılaşdırılıb. “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti, həmçinin Qazaxıstan neft məhsullarının Azərbaycana çatdırılması” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ikinci iclasının isə sentyabrda keçirilməsi təklifinə baxılıb.
Videokonfransda “OPEC plus” çərçivəsində əməkdaşlıq və qlobal neft bazarının cari vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Qazaxıstanın Energetika naziri Nurlan Noqayev hazırda neftin bir barrelinin 46 dollara yüksəlməsində OPEC və qeyri-OPEC ölkələrinin həyata keçirdiyi tədbirlərin mühüm rol oynadığını bildirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə deyib ki, “OPEC plus” çərçivəsində qəbul edilmiş qərar hazırkı situasiyada yeganə mexanizm olduğunu sübuta yetirir: ““OPEC plus” razılaşmasının müsbət nəticələri göstərir ki, biz doğru qərar qəbul etmişik. Çalışırıq ki, bundan sonra da öhdəliyimizin 100 faiz icrasına nail olaq”.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətindən irəli gələn digər əməkdaşlıq məsələləri də müzakirə edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























