Agentliyə hesabatların təqdim edilməsi tam elektronlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlər tərəfindən məşğulluq haqqında qanunvericilikdə nəzərdə tutulan hesabatların Agentliyə təqdim edilməsi prosesini artıq tam elektronlaşdırdı.
Nazirliyin yaydığı məlumata görə, həmin hesabatlara “Boş iş yerləri (vakansiyalar) haqqında”, “İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər”, “İş yerlərinin və işçilərin orta illik siyahı sayı”, “İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər” və “İşçilərin hərəkəti” haqqında hesabatlar daxildir.
Agentlik bu hesabatları artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə əldə ediləcək, kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq.
Hesabatların verilməsində elektron formata keçid ötən ildən start götürüb və hesabatların bir hissəsi hələ 2019-cu ilin dekabr ayından ləğv edilib. Hazırda proses artıq tam yekunlaşdırılıb.
Qanununvericiliyin tələbinə uyğun olaraq işəgötürənlər iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə, vakansiya barədə məlumatları yalnız e-sosial.az portalı üzərindən “Məşğulluq” altsistemində yerləşdirməli və Ərazi Məşğulluq Mərkəzinin göndərişlərinə münasibət bildirməlidir.
Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini, özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsisteminin hazırlanması işlərini də davam etdirir. Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























