Britaniya səfirliyi London taksilərindən istifadə edəcək
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Barkley və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev arasında yeni London taksilərinin istifadəsi üçün tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb.
F.Barkley imzalanma mərasimində bildirib ki, Britaniyanın Azərbaycandakı səfirliyində mümkün qədər ətraf mühitə ziyan vurmamağa çalışırıq: “Hamımız karbon və digər çirkləndirici qazların tullantılarını azaltmalıyıq. Benzin mühərriklərindən çıxan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur ki, bu da dünyamızı daha da istiləndirəcək və quraqlıqla nəticələndirəcək və həyat tərzimizə təhdiddir. Bakıda elektrik enerjisi ilə çalışan yeni taksilər Azərbaycanın ətraf mühitini qoruyur. İndi görüşlərə gedərkən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə edəcəyimizə məmnunam”.
Xatırladaq ki, “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV” (LEVC) şirkətindən 100 ədəd TX, 0 emissiyalı elektrik taksisi alıb. Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
22 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
31 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib





.jpg)








.jpg)





