Soyuducu anbarlara daşınır, Rusiya bazarlarına göndəriləcək
Qusarın müasir tipli superintensiv alma bağlarından məhsul yığımına başlanılıb.
Tayonun Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarında almanın “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji”, “Brebrun” və digər növləri becərilir.
Bağların ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən “Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Granny Smith” sortlarının becərildiyi bağların məhsulu toplanılır.
Aqronom Həmid Bayraqdarov bildirib ki, superintensiv alma bağlarında məhsul yığımı oktyabrın sonlarına kimi davam edəcək. Burada becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Hazırda məhsul yerli bazarlarda satılır. Kütləvi yığım zamanı toplanan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndəriləcək.
Təsərrüfatçı Ümid Şalbuzov bildirib ki, intensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə, məhsuldarlıq da yüksək olur.
Ümumilikdə, Qusar rayonunda intensiv üsulla becərilən 1200 hektara yaxın meyvə bağı mövcuddur. Bu bağların təxminən 800 hektarında alma yetişdirilir. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul toplanır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)











.jpg)


