Azərbaycan Ərəb Əmirlikləri ilə birgə müəssisələr yaradılmasında maraqlıdır
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sıx əməkdaşlıqda, sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələr yaradılmasında maraqlıdır.
Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev BƏƏ-də səfərdə olan Azərbaycan nümayəndə heyətinin Dubay Ticarət-Sənaye Palatasının rəhbərliyi ilə görüşündə deyib.
S.Babayevin sözlərinə görə, Azərbaycan, həmçinin ölkəyə ərəb şirkətlərinin cəlb edilməsində maraqlıdır. O deyib: “Azərbaycanın BƏƏ-yə yatırdığı investisiya 300 milyon dollara çatıb.
Öz növbəsində Azərbaycanda BƏƏ-dən 255 şirkət fəaliyyət göstərir. Azərbaycan xarici investorlar üçün ideal bazar hesab edilir, ölkədə siyasi və iqtisadi sabitlik hökm sürür, həmçinin ixtisaslaşmış işçi qüvvəsi, qonşu Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın və s. əsas bazarlarına çıxmaq kimi bir çox digər üstünlüklər mövcuddur”.
Nazir müavini xüsusilə vurğulayıb ki, Azərbaycan hökuməti qarşılıqlı ticarət və əməkdaşlığın inkişafı üçün bütün imkanların öyrənilməsində maraqlıdır.
Azərbaycan nümayəndə heyətinə müraciət edən Dubay Ticarət-Sənaye Palatası sədrinin müavini Məcil əl-Şəmsi son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələrinin effektivliyini, hər iki tərəfdən yüksək səviyyədə həyata keçirilən səfərlər nəticəsində bu əlaqələrin daha da gücləndiyini vurğulayıb.
Bildirib ki, 2012-ci ildə Bakıda Dubay Ticarət-Sənaye Palatasının birinci nümayəndəliyinin açılmasından sonra Azərbaycan ilə Dubay arasında qeyri-neft sektorunda ticarətin həcmi xeyli dərəcədə artıb. Palatada qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 230-u keçib. Ötən il Dubay ilə Azərbaycan arasında qeyri-neft sektorunda ticarətin həcmi 808 milyon dirhəm (220 milyon dollar) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























