Turizm şirkətləri üçün rəqəmsallaşdırma proqramına start verilib
Azərbaycan Turizm Bürosu ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.
Bwronun yaydığı məlumatda bildirilir ki, proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.
Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir.
Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub.
Müraciətlər yeni layihələrlə, həmçinin mövcud olan onlayn layihələrə əlavə kimi və ya hazır platformaların təkmilləşdirilməsi ilə bağlı ola bilər.
Müraciət və iştirak meyarları barədə ətraflı məlumat üçün https://tourismboard.az/az/page/522-reqemsallasdirilma-layihesi keçidinə daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























