ABŞ-ın Xəzər regionuna investisiya qoyması müzakirə olunub
Xəzər Siyasi Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə bu ölkənin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı ekspertlərini, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Əfqanıstanın yüksək vəzifəli şəxslərini bir araya gətirərək, “Blue Dot Network” təşəbbüsü və Xəzər regionunda infrastruktur layihələrinə investisiyalar barədə vebinar keçirib.
Bu barədə Xəzər Siyasi Mərkəzindən bildirilib.
Məlumata görə, vebinarda USAID-in Asiya üzrə administratorunun köməkçisinin müavini Xavier Piedra “Blue Don Network”un regiondak; mümkün rolundan bəhs edib: “Blue Don Network” hökumətləri, özəl sektor və vətəndaş cəmiyyətini qlobal infrastrukturun inkişaf standartları çərçivəsində birləşdirəcək. Bu şəbəkə qlobal infrastruktur prinsiplərinə uyğun gələn infrastruktur layihələrini sertifikatlaşdıracaq”.
USAID-in böyük məsləhətçisi Kauş Arha is' Xəzər regionuna investisiyaların vacibliyini vurğulayıb: “İnfrastruktur layihələrinə böyük ehtiyac var. Bunları isə özəl sektorun investisiyaları olmadan reallaşdırmaq mümkün deyil. “Blue Dot Network” xüsusilə iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə infrastruktur sektoruna böyük məbləğdə özəl investisiyaları cəlb etməyə yönəlmiş təşəbbüsdür”.
Vebinarda həmçinin ABŞ-ın Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının icraçı direktorunun baş müşaviri Kaleb Makkari, Əfqanıstanın ABŞ-dakı diplomatik nümayəndəsi Abdul Hadi Nəcrabi, Azərbaycanın İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ-dan icraçı direktoru Stiven Daud, Gürcüstanın ABŞ-dakı səfirliyində missiya rəhbərinin müavini Giorgi Tsikolia, Azərbaycanən Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf şöbəsinin müdiri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Türkiyənin Ticarət Nazirliyi Beynəlxalq Razılaşmalar və Avropa İttifaqı idarəsinin müdiri Atilla Basdırmaçı və s. iştirak ediblər.
“Biz son 10 ildə Azərbaycanın infrastrukturuna xeyli investisiya qoymuşuq. Bu, Xəzər dənizinin sahilində olan, lakin birbaşa okeana çıxışı olmayan ölkənin əlaqələrinin yaxşılaşdırmaq ehtiyacından irəli gəlir. Ölkə daxilində əlaqəni inkişaf etdirməli və bizi daha böyük bazarlara bağlayan nəqliyyat yollarını açmalıyıq”, - müşavir E.Məcidov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
9 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 13 d. əvvəl
-
-
28 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı























