Daxili turizmin inkişafı üçün 5 yeni nümayəndəlik yaradılıb
Azərbaycan Turizm Assosiasiyası regionlarda fəaliyyətini genişləndirir.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) Şimal - Şərq, Şimal - Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb.
AZTA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək. Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AZTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq.
Bundan əlavə AZTA dünyanın 25 ölkəsində öz nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında da qərar qəbul edib. Nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək. Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 4 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























