Zavodlara yeni təklif - istehsal saatlarını dəyişin, enerjini endirimlə alın
Regionda ən rəqabətədavamlı enerji qiymətlərinin Azərbaycanda olması ağır sənaye və maşınqayırma sektoru üçün geniş imkanlar açır. “Marja” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Yol xəritəsində bildirilir ki, əlavə investisiya qoyuluşuna ehtiyac yaratmadan Azərbaycanın enerji sektorunun idarə edilməsi üçün ən uyğun metod pik saatlarda enerjinin düzgün idarə olunmasının və proqnozlaşdırılmasının təmin edilməsidir.
“Mövcud vəziyyətin təhlili göstərir ki, enerji istehsalının pik və qeyri-pik saatlar üzrə idarə edilməsi prosesi optimal səviyyədə deyildir. 2015-ci ildə Azərbaycanda sənaye sektorunda (enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi müəssisələrində, dağ-mədən filizi əsasında poladəritmə müəssisələrində) elektrik enerjisinin qiyməti bir kilovat-saat üçün 3,1 qəpik təşkil etmişdir. Digər region ölkələrində bu göstərici orta hesabla 2-3 dəfə yüksəkdir. Azərbaycanın ağır sənaye və maşınqayırma sektorunun elektrik enerjisindən intensiv istifadə olunan müəssisələrində enerji qiymətlərinin strukturu ilə bağlı bir sıra nəzərə alınmalı amillər vardır. Tariflər müəssisənin istehsal qabiliyyətinin bölüşdürülməsi əsasında müəyyən edildikdə, daha ədalətli qiymətlərin formalaşması mümkün olur. Çünki qiymət həmin müəssisənin işləməsi üçün tələb olunan ümumi istehsal gücü 22 əsasında müəyyən edilir. Qeyd edilməlidir ki, tariflərə yenidən baxılmasında məqsəd qiymətləri artırmaq deyil, enerji istehsalçısı və istehlakçılarının qeyri-pik saatlarda yaranan imkanlardan daha səmərəli istifadə etməsi, pik və qeyri-pik saatlar üzrə çevik və diferensiallaşdırılmış qiymətlərin tətbiqi imkanlarını araşdırmaqdır. Bununla əlaqədar, zavodlarda pik saatlarda elektrik enerjisinin idarə olunması metodu tətbiq edilə bilər. Bu metoda əsasən, məsələn, zavodlar əlavə endirimlər qarşılığında istehsal dövrünü pik saatlardan qeyri-pik saatlara dəyişə bilərlər. İşin bu formada təşkili qarşılıqlı fayda gətirəcəkdir ki, bu da elektrik enerjisi infrastrukturuna sərf olunan maliyyə xərclərinin xeyli azaldılmasına imkan verəcəkdir. Beynəlxalq təcrübədə sənaye müəssisələri ilə elektrik təchizatı müəssisələri arasında istehsal gücünün birgə planlaşdırılması xərclərin azaldılmasına imkan verir. Bundan başqa, istehsal gücünün birgə planlaşdırılması zamanı istehsal qabiliyyətinin bölüşdürülməsi prinsipi tətbiq edilir ki, bu da enerjidən istifadə tariflərində az artıma səbəb olur”.
Yol xəritəsində bildirilir ki, enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən pik və qeyri-pik saatlar üzrə diferensial yanaşmaların tətbiqi imkanlarına baxılacaqdır. Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensiallarının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcəkdir. Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcəkdir.
Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması
Sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanacaqdır.
Strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi
Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaqdır.
Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)






