“Çınqıllı” məhsullarının çeşidi artırılacaq
Şahbuz rayonunun Keçili kəndində Çınqıllı bulağı mövcuddur. Kəndin mərkəzindən, təxminən, 2 kilometr aralıda yerləşən bulağın suyunun bir hissəsi kənd mərkəzinə çəkilərək istifadəyə verilib. Qalan hissəsi isə 2007-ci ildə yaradılan “Çınqıllı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunaraq respublikanın müxtəlif bölgələrinə göndərilir.
Siçanlı dağının ətəyindən çıxaraq Keçili kəndini nəinki Azərbaycanda, keçmiş Sovetlər Birliyində, İran və Türkiyədə də məşhur edən Çınqıllı suyu yüngüllüyü, içildikdə həzm prosesini asanlaşdıran, susuzluğu tez aradan qaldıran, böyrək daşlarını əritməkdə effektiv olan xüsusiyyətləri, insan orqanizminə çox faydalı elementləri ilə fərqlənir.
Cəmiyyətin icraçı direktoru Təyyar Əsgərovdan aldığımız məlumata görə, gündəlik istehsal gücü 15000 litr olan müəssisədə 11 nəfər daimi işlə təmin olunub. Müəssisədə 0,5 litrlik, həmçinin 1, 5, 10, 15, 20 litrlik taralardan istifadə edilir. Yaxın günlərdə həm də şüşə və plastik butulkalarda 330 qramlıq suyun istehsalı nəzərdə tutulub.
Öyrəndik ki, cari ilin ötən dövrü ərzində 75 min litr və ya 30 min manatlıq su istehsal olunub.
Bulağın suyu muxtar respublikamızla yanaşı, Azərbaycanın müxtəlif bölgələrinə də çatdırılır. Belə ki, cəmiyyətin Bakı şəhərində yerləşən ofisindən Sumqayıt şəhərinə və Kürqırağı rayonlara suyun çatdırılması təmin olunur.
2020-ci ildə isə müəssisəyə, təxminən, iki yüz min manat dəyərində yeni avadanlıqlar alınıb ki, bu avadanlıqlar gələcəkdə suyun qazlı növünü istehsal etməklə yanaşı, digər ölkələrə ixrac etmək gücünün artırılmasına da böyük töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























