“Azərişıq” və “Azərenerji” rəhbərliyi cəbhə xəttində
Cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev vəziyyətlə yerindəcə tanış olublar.
Məlumata görə, yerlərdə icra orqanlarının rəhbərləri və həmçinin “Azərişıq” ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər.
Vüqar Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transfarmator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azrişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” ASC sədri onu da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə indiyədək ASC-nin 300-dən çox əməkdaş könüllü olaraq ordu sıralarına qoşulub.
Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qərargahda toplantı keçirib, cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























