Ermənistan Azərbaycanın enerji obyektlərini atəşə tutur - BİR QİSMİ YARARSIZ HALA DÜŞÜB
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, Ermənistanın silahlı qüvvələri mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.
Bu günə olan məlumatlara görə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.
Belə ki, Goranboy rayonunda 35 kV-luq “Gülüstan”, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq “Əzizbəyov”, “2-ci Subartezian” hava xətləri və 2 ədəd transformator vurulub.
Tərtər rayonunda 35 kV-luq “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-luq “1№-li Hüsənli” hava xətti 9 yerdən, “3 №-li Qaraqoyunlu” hava xətti 11 yerdən, “4 №-li Qaynaq” hava xətti 17 yerdən, “5 №-li Evoğlu” hava xətti 1 yerdən, “10№-li Qapanlı” hava xətti 12 yerdən, “6 №-li Qarağacı” hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətlərinin, eləcə də 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq “6 №-li Şıxarx” hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq “3 №-li AzGes”, “8 №-li Şəhər”, “11 №-li Sarıcalı”, “9 №-li Şəhər”, 1 №-li Qaradağlı” və “4 №-li Seydimli” hava xətləri isə bərpa olunub.
Füzuli rayonunda 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti,35/10 kV-luq “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-luq “Qazaxlar” hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağdam rayonunda 35 kV-luq “Quzanlı-1”, “Quzanlı-2” hava xətləri, 35/10 kV-luq “Əfətli”, 110/35/10 “Təzəkənd, 35 kV-luq “Xındırıstan” , 35 kV-luq “Baharlı”, 35/10 kV-luq “Baharlı”, 35/10 kV-luq “Ergi-1” və 110/35/10 kV-luq “Ergi” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.
Ağcabədi rayonunda 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “Arazbarı” hava xətti 4 dəfə vurulub və bərpa olunub.
Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar 27 sentyabr tarixindən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.
Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun 1 kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
30 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
44 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq






















