Gürcüstan İrandan qaz alacaq
Gürcüstan növbəti aydan etibarən İrandan təbii qaz idxalına başlayacaq. Bunu İRNA agentliyinə müsahibəsində İranın Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə İdarəsinin rəhbəri Qulamrza Baqeri Müqəddəm bildirib.
İdarə rəhbəri bildirib ki, iki ölkə arasında təbii qaz idxalına dair alqı-satqı müqaviləsi imzalanıb, lakin Gürcüstan idxala başlamayıb: "Gürcüstan tərəfi bildirib ki, 1 ay sonra qaz idxalına start veriləcək".
Xatırladaq ki, ötən ilin iyul ayında İranın Milli Qaz İxrac Şirkətinin rəhbəri Əlirza Kameli bildirib ki, imzalanan müqaviləyə əsasən Gürcüstan İrandan 40 mln. kubmetr qaz idxal edəcək.
Ötən ilin avqust ayında isə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bəyan edib ki, təmsil etdiyi qurumda İran tərəfi ilə imzalanan müqavilə barədə informasiya yoxdur. "Gürcüstan İrandan qaz idxalına dair müqavilə imzalamayıb".
Qeyd edək ki, cari ilin aprelin 11-də Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, rəsmi Tbilisi "Qazprom"dan qaz alışını dayandıracaq. Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.
Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.
Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcək.
Nazirliyin proqnozuna əsasən, bu il Gürcüstan ümumilikdə 2,457 mlrd. kubmetr həcmində təbii qaz idxal etmək niyyətindədir ki, bunun da 2,347 mlrd. və ya 95,5%-i Azərbaycanın payına düşəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
4 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 11 d. əvvəl
-
-
31 d. əvvəl
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon mantdan çoxdur
- 48 d. əvvəl
-
56 d. əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
Mərkəzi Bank: Növbəti qərar sabah saat 11:00-da açıqlanacaq
Ən çox oxunanlar
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib



















