Rusiya Baş nazirinin İrəvana səfər etdiyi bildirilir - AZƏRBAYCANDAN AÇIQLAMA
“Rusiya Baş nazirinin İrəvana səfər etdiyi təsdiqlənərsə, bu bizdə təəccüb doğuracaq”Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb. Bu məlumatları şərh etmək üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edilib.
- Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana səfər etməsi barədə məlumat var. İki ölkə arasında müharibə getdiyi bir şəraitdə Mişustinin bu səfəri nə məna daşıyır?
- Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq.
- Bundan bir neçə gün öncə Ermənistan Baş nazirini müavini hökumət təyyarəsi ilə Moskvaya səfər etmişdi. Bu da sual doğuran məsələdir. Hətta məlumat var ki, həmin mülki təyyarədə Ermənistana silah gətirilib.
- Bu məlumatı araşdırılması üçün aidiyyəti ünvanlara göndərəcəyik. Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır.
Diplomatik mənbə: Rusiyanın baş naziri Mişustin İrəvanda səfərdədir
Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.
Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var.
M. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi.
Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























