"Biz nə desək, o da olacaq"
“Onların xarici işlər naziri gəlib Moskvaya danışıqlara. Gəlsin orda desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz”.
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu olmayacağıq. Ona görə dünən və srağagün baş vermiş müstəvidə hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi, nəhayət, başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, ancaq bizim şərtlərlə o, oturub-duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü. O cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpağımızı istəyirik”, - Prezident vurğulayıb.
"Düşmən ölkənin rəhbərliyi yalvarır"
"Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yegənə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik", - Prezident deyib.
"Dəfələrlə bunu demişik ki, öz xoşunuzla çıxın, bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa peşman olacaqsız. Hesab edirsiz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq. Dəfələrlə demişəm. Amma bizim torpaqlarımıza oturub, bizim müqəddəs torpağımızı zəhərləyib, sonra da bizə qarşı iddia qaldırasan. Görün, qudurğanlığın dərəcəsinə baxın".
"Düşməni bundan sonra da qovacağıq"
İlham Əliyev, "Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq",- xalqa müraciəti zamanı deyib.
"Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıra qədər. Bayrağımız bütün işğal edilən torpaqlarda qaldırılacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Yaşasın Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!", - Prezident vurğulayıb.
“Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir”
“Düşmən öz xalqına nağıl danışır ki, guya hücuma keçiblər, guya bizim ordumuza zərbə vururlar”.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
O qeyd edib ki, Azərbaycanın əsgər və zabiti yüksək psixoloji ruh göstərir:
"Çünki biz öz torpaqlarımızı azad edirik. Döyüş gedən torpaqlar ermənilərin deyil. Ona görə də onlar torpaqları qoyub qaçırlar. Bu gün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanılr.
Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir. Biz onların qənimətindən istifadə edirik. Budur Azərbaycanın üstünlüyü”.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
18 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











