Expressbank-la hesablarınızı məsafədən açın!
(®️) Expressbank müştərilərinin rahatlığını düşünərək onların vaxtına qənaət etmək, işlərini asanlaşdırmaq və xidmətləri daha əlçatan etmək məqsədi ilə daim yeni layihələr üzərində işləyir və xüsusi ilə rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeniliklərlə müştərilərini sevindirir.
Bu dəfə Expressbank Mərkəzi Bank-ın daha bir strateji layihəsinə qoşularaq müştərilərinə məsafədən hesab açmaq imkanı yaradıb. Belə ki, artıq bankın həm fiziki həm də hüquqi şəxs müştəriləri banka gəlmədən cari və ya kart hesablarını məsafədən açmaq imkanı əldə ediblər.
Bunun üçün www.bankid.az linkinə daxil olaraq isənilən cari hesab və ya kart hesabının açılmasını onlayn sifariş etmək kifayətdir. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü kimi üsullardan istifadə edilməklə açıla bilər.
Qeyd etmək istərdik ki, Expressbank müştərilərinə 4 fərqli valyutada, həm debet həm də kredit funksiyalarını özündə birləşdirən, 30%-dək cashback və illik 5%-dək gəlir qazandıran Expresso kartlarını əlverişli qiymətlərlə təklif etməklə yanaşı, bir çox imtiyazlara sahib olan Mastercard Gold və Mastercard Platinum kartlarını ilkin mədaxil edərək pulsuz təklif edir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























